Layihə haqqında

Rəqəmsal məktəb nədir?

“Rəqəmsal məktəb” platforması rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır.


"Rəqəmsal məktəb" platforması şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri üçün ümumilikdə tədris prosesinin idarə olunması və tənzimlənməsi imkanlarını təmin edir.

Alternative
Alternative

Platformaya giriş

Platformasına giriş Digital login üzrə aparılır. Belə ki, valideyn, müəllim və məktəb rəhbərləri “SİMA” rəqəmsal imza daxil olmaqla bütün digital login imkanlarından təhlükəsiz istifadə edərək şəxsi səhifəsinə giriş imkanına malikdir.

Valideyn kabineti

Platformada, həmçinin valideyn kabineti də mövcuddur. Bu kabinet vasitəsilə vətəndaşlar övladlarının gündəlik aldığı qiymətləri izləyə və direktor ilə birbaşa onlayn qaydada mövcud çat vasitəsilə əlaqə saxlaya bilərlər.

5+
Qiymətlərə bax.
Təlim prosesində əldə olunan nailiyyətlərə baxın.
Direktor ilə əlaqə.
Direktor ilə birbaşa əks-əlaqə yarat.

Şagird kabineti

Platformaya şagirdlər üçün də giriş mövcuddur. Giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür.

Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurlar – video dərslər, tapşırıqlar və test tapşırıqları yerləşdirilmişdir ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinliklə üzləşdikdə  və yaxud müvafiq səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilərlər. 

Tədris prosesinin daha yaxşı təşkilinə və şagirdlər tərəfindən məlumatların daha asan mənimsənilməsinə xidmət edən video dərslər ibtidai siniflər üzrə və digər fənləri (Azərbaycan dili, fizika, kimya, təbiət, riyaziyyat və s. ) əhatə edir. Video dərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları təqdim edir. Eyni zamanda, platforma vasitəsilə şagirdlər tapşırıqların həllinə dair müvafiq izahatı müəllim tərəfindən vizual şəkildə dinləmək imkanı əldə edir.

5+
Statistik göstəricilər
Hesabatlar
Elektron jurnalları
Təlim nəticələri

Direktor kabineti

Eyni zamanda məktəb rəhbərləri üçün tədris prosesinin bir məkandan izlənməsi rəhbərlik etdiyi təhsil müəssisəsinin statistik göstəriciləri və ani hesabatların əldə edilməsi kimi imkanları da platformada mövcuddur. Məktəb rəhbərləri şəxsi kabinetləri vasitəsilə rəhbərlik etdikləri müəssisə üzrə elektron jurnalları izləyə və təlim nəticələrini təhlil edə bilirlər.